Portuqalıyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Ruy Jorje Azərbaycan yığması ilə bu gün keçirəcəkləri AVRO-2015-in seçmə oyunu barədə danışıb. Sportnet.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında millimizlə qarşılaşmada bəzi yeni futbolçulara da şans verəcəyini bildirib.
O deyib: "Norveç millisi ilə əvvəlki oyunda bəzi yeni futbolçulara şans verdim, bunu Azərbaycan yığması ilə görüşdə də etməyi planlaşdırıram. Norveçə qarşı oynamayan Ruvin Nevesi də bu görüşdə sınayacağam”.
Portuqaliyalı mütəxəssis həm də komandasının seçmə mərhələdəki çıxşlarına toxunub: "7 qələbə qazanaraq qrupda 1-ciliyi artıq təmin etmişik. Sonuncu oyunumuzda da bu motivasiya ilə növbəti qələbəmizi qazanıb, tsikli qüsürsuz başa vurmaq istəyirik”.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da Riu-Mayor şəhərindəki "Municipal” stadionunda baş tutacaq.