"Qəbələ"dən ayrılan Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyev sentyabrın 11-də "Neftçi" ilə müqavilə bağlayacaq. Bu haqda Sportnet.az-a 31 yaşlı müdafiəçinin özü məlumat verib.
O, artıq flaqman rəhbərliyi ilə görüşərək, söhbət apardığını bildirib. Allahverdiyev sabah günorta saatlarında yeni klubunun bazasına yollanaraq, anlaşmaya imza atacağını söyləyib. Lakin təcrübəli oyunçu müqavilə müddəti və dəyərindən xəbərsiz olduğunu bildirib.
Allahverdiyev deyib ki, yay transfer pəncərəsi bağlandıqdan sonra yeni kluba keçməsində qaydalara zidd bir şey yoxdur: "Mən "Qəbələ"dən avqustun 25-də ayrılmışam. Həmin vaxtdan azad agentəm. Məhz azad agent kimi "Neftçi" ilə danışıqlar aparmışam və bu kluba keçidimdə qaydalara zidd məqam görmürəm".
Qeyd edək ki, Elnur Allahverdiyev yeni baş məşqçi Dorinel Muntyanunun istəyilə "Qəbələ"ni qarşılıqlı razılıq əsasında tərk edib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |