Bu gün Topaz Premyer Liqasının V turun son oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, maliyyə problemi ilə üzləşən "Bakı" ötən turu lider qismində başa vuran "Sumqayıt"ı qəbul edəcək.
Oyun öncəsi paytaxtın eyniadlı təmsilçisinda əmək haqqının verilməməsi səbəbindən futbolçular bir neçə gün məşqə çıxmayıblar. Hətta komandanın qarşılaşmada iştirakı belə sual altına düşüb. "Sumqayıt" isə ən yaxın izləyicilərindən "İnter"in səfərdə "Araz Naxçıvan"a qalib gəlməsindən sonra birinci pilləni geri qaytarmaq üçün mütləq qalib gəlməlidir. Elə "Bakı"nı da son pillədən qurtulmaq üçün yalnız qələbə qane edir.
Ötən gün isə son illərin ən prinsipial rəqibləri "Neftçi" ilə "Xəzər Lənkəran" arasında mövsümün ilk oyunu keçirilib. Bu matça "Böyük oyun" deyilsə də, qeyri-adi heç nə ilə fərqlənməyib. "Xəzər Lənkəran" azarkeşlərinin buraxılmadığı görüşdə "Neftçi" Flavinyonun qolu ilə qalib gəlib. İlk yarının sonlarında qapıçı Saşa Stamenkoviçin qırmızı vərəqə alması səbəbindən flaqman azlıqda qalıb. Amma qonaqlar nə penaltidən, nə də say üstünlüyündən yararlanıblar.
Günün digər qarşılaşmalarına gəldikdə, "Simurq" ardıcıl 2-ci məğlubiyyəti evdə "Qəbələ"dən alıb. Zaqatala təmsilçisi hesabda öndə olsa da, matçın son bölümlərində Dodonun "dubl"una əngəl ola bilməyib.
Nəhayət, AZAL pafoslu klubdaxili iclasına rəğmən, elə Avropa Liqasının qrup mərhələsinə düşməsindən sonra özündənrazılıqda da hamını qabaqlayan "Qarabağ"a təslim olub. Ağdam komandasının hər 3 qolunu legionerlər vurub.
Qeyd edək ki, tura ötən gün "Araz-Naxçıvan” - "İnter” matçı ilə start verilib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Hüseynli
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu
13 sentyabr (şənbə)
17:30. "Neftçi” – "Xəzər Lənkəran” 1:0
13 sentyabr, 2014. Saat 17:30. İ. Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 2000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Mübariz Haşımov
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Flavinyo, 38 (qeyri-idman hərəkəti); Elvin Yunuszadə, 52 (rəqibi tutduğuna görə); Pavel Doroşevs, 74 (oyunun bərpasını gecikdirdiyinə görə); Bruno Bertuççi, 87 (rəqibi tutduğuna görə) // Rahid Əmirquliyev, 38 (qeyri-idman hərəkəti), Tieqo de Xesus, 63 (qeyri-idman hərəkəti); 90+3 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Saşa Stamenkoviç, 40 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə) // Tieqo de Xesus, 90+3
Qollar: Flavinyo, 28
Artırılan vaxt: I hissədə - 3 dəq., II hissədə - 4 dəq.
"Neftçi”
30. Saşa Stamenkoviç
2. Karlos Kardozo
5. Elvin Yunuszadə
7. Araz Abdullayev
9. Flavio Valensio (k)
(15. Erik Ramos 60)
11. Nikolas Kanales
(12. Pavel Doroşevs, 43)
16. Bruno Bertucci
18. Kaue da Silva
19. Mirhüseyn Seyidov
21. Samir Məsimov
(28. Emin Mehdiyev, 70)
27. Məqsəd İsayev
Ehtiyat oyunçular:
3. Denis Silva
10. Julius Vobay
14. Elnur Allahverdiyev
17. Nicat Qurbanov
28. Emin Mehdiyev
Baş məşqçi: Arif Əsədov
"Xəzər Lənkəran”
12. Cahangir Həsənzadə
3. Vanderson Skarduelli
5. Tieqo de Xesus
6. Rəşad Sadiqov
8. Qalin İvanov
(7. Sadio Tounkara, 46)
10. Elnur Abdullayev
11. Rauf Əliyev
14. Rahid Əmirquliyev (k)
18. Tural Cəlilov
(22. Əfran İsmayılov, 46)
27. Adrian Skarlatake
55. Ağabala Ramazanov
Ehtiyat oyunçular:
1. Orxan Sadıqlı
13. Aleksandr Şemonayev
33. Rasim Ramaldanov
97. Elnur Cəfərov
99. Deyan Blajevski
Baş məşqçi: Oğuz Çətin
Oyun başladı.
5` "Neftçi"nin hücumu. Flavinyonun zərbəsi qapının yanından keçdi. 18` Samir Məsimovun zərbəsinin tora daxil olmasına "Xəzər Lənkəran"ın müdafiəçiləri imkan vermədi. 24` Elnur Abdullayev ikili mübarizədə yerə yıxılaraq zədələnir. Həkim müdaxiləsindən sonra o, meydana qayıdır. 27` QOOOOL!!!!! "Neftçi" hesabı açdı. Samir Məsimovun cinah ötürməsindən sonra Flavinyo dəqiq baş zərbəsi ilə hesabı açdı. 32` "Neftçi"nin növbəti qol imkanını Kanales əldən verdi. O, Flavinyonun ötürməsindən sonra topu qapının üstündən vurdu.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
37` Flavinyo ilə Əmirquliyev epizodların birində mübahisə edirlər. Münaqişəyə digər futbolçular da qoşulurlar. Referi hər iki futbolçuya sarı vərəqə göstərir. 40` Kardozonun topu itirməsindən sonra Rauf Əliyev qapıçı ilə təkbətək çıxır. Stamenkoviç onu yıxır. Referi qapıçını qovur və penaıti təyin edir. 42` Kanalesin əvəzinə Doroşev meydana daxil olur. İvanov penaltini qapının üstündən vurdu.
İlk yarı başa çatdı.
İkinci hissə başladı.
46` "Xəzər Lənkəran"da əvəzləmə. Tural Cəlilovun əvəzinə Sadio Tounkara, Qalin İvanovun əvəzinə Əfran İsmayılov meydana daxil oldu.
49` "Neftçi"nin heyətində Elvin Yunuszadə sarı vərəqə ilə cəzalanır, cərimə zərbəsi təyin olunur. Ağabala Ramazanovun cərimə zərbəsini Doroşev çətinliklə dəf edir.
55` Künc ötürməsindən sonra Skarlatakenin başla zərbəsi qapının azacıq yanından keçir.
58` Flavinyo zədələnərək meydanı tər etmək məcburiyyətində qalır, "Neftçi"nin heyətində onun əvəzinə Erik Ramos oyuna daxil olur.
63` Tieqoya kobud oyuna görə sarı vərəqə göstərildi.
66` Çoxgedişli kombinasiyadan sonra Tounkara qapıçı ilə üz-üzə qalsa da zərbəsini Doroşevs dəf edir.
70` Doroşev yenidən komandasını qoldan xilas etdi. O, küncdən ötürulən topdan sonra Əfran İsmayılovun zərbəsini qaytara bildi.
71` Samir Mənsimovun əvəzinə meydana Emin Mehdiyev daxıl olur.
72` Elnur Abdulayev qapıçı ilə təkbətək epizodda topu qapının üstündən vurdu.
75` Doroşev vaxtı uzatdığına görə carı vərəqə ilə cəzalanır.
80` Sadiqovun uzaqdan zərbəsi qapı dirəyinin azacıq aralı keçdi.
81` "Neftçi"nin əks-hücümü zamanı əlverişli vəziyyətdə olan Araz Abdullayevin zərbəsi qapının üstündən keçir.
87` Brunno Bertuççi sarı vərəqə ilə cəzalanır.
90` Oyunun əsas vaxtına 4 dəqiqə əlavə olunur.
90+4 Tieqo qırmızı vərəqə alaraq meydandan qovulur. Oyun bitdi.
19:00. "Simurq” – "Qəbələ” 1:2
13 sentyabr, 2014. Saat 19:00. Zaqatala olimpiya kompleksinin stadionu, 2500 tamaşaçı
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Coşqun Həsənov
Dördüncü hakim: Sərxan İsmayılov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Vadim Abdullayev, 8 (qeyri idman hərəkəti), Patrik Osiako, 13 (qeyri idman hərəkəti), Rəşad Eyyubov, 44 (qeyri idman hərəkəti), Tural Axundov, 54 (qeyri idman hərəkəti) Adam Banaş (qeyri idman hərəkəti)// Aleksandru Benqa, 5 (qeyri idman hərəkəti), Aleksandru Benqa, 86 (qeyri idman hərəkəti), Adrian Ropotan, 65 (qeyri idman hərəkəti), Cavid Hüseynov, 90+1 (qeyri idman hərəkəti), Elvin Camalov, 90+4 (qeyri idman hərəkəti)
Qırmızı vərəqə: Aleksandru Benqa, 86
Qollar: R. Eyyubov, 7 (pen) - Dodo, 68, 80
Artırılan vaxt: I hissədə 2, II hissədə 5 dəqiqə.
"Simurq”
1. Pavel Kapsa
2. İlkin Qırtımov (k)
3. Adam Banaş
5. Vadim Abdullayev
6. Samir Zərgərov
(16. Məhərrəm Hüseynov, 82)
8. Patrik Osiako
10. Rəşad Eyyubov
15. Stepan Polyak
(9. Lukaş Tresnak, 81)
18. Tural Axundov
26. Benjamin Lambot
88. Marko Stanoyeviç
Ehtiyat oyunçular:
35. Amil Ağacanov
17. Rüstəm Məmmədov
20. İdan Vaytsman
25. Oruc Balaşlı
33. Kənan Müslümov
Baş məşqçi: George Çixradze
"Qəbələ”
1. Kamran Ağayev (k)
7. Ruslan Əmircanov
8. Markus Vidal
(90. Ekiqo Ehiosun, 52)
9. Viktor Mendi
(26. Pavol Farkaş, 87)
10. Dodo
(4. Elvin Camalov, 81)
12. Aleksandru Benqa
14. Cavid Hüseynov
15. Ruslan Abışov
16. Ruslan Tağızadə
25. Adrian Ropotan
44. Rafael Santos
Ehtiyat oyunçular:
30. Anar Nəzirov
11. Andrei Kristea
34. Ürfan Abbasov
88. Müşfiq Teymurov
Baş məşqçi: Dorinel Munteanu
21:00. AZAL – "Qarabağ” - 0:3
13 sentyabr 2014. Saat 21:00. "AZAL Arena” stadionu. 500 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Elman Musayev, Azər Əsgərov
Dördüncü hakim: Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqələr: Con Kordoba, 16 (qeyri-idman hərəkəti); Eltun Yaqublu, 39 (qeyri-idman hərəkəti); Aydın Qasımov, 68 (qeyri-idman hərəkəti) // Reynaldo Silva, 81 (qeyri-idman hərəkəti)