"Real Madrid”in portuqaliyalı futbolçusu Kriştianu Ronaldo klubu tərk etmək istəyir. Sportnet.az-ın "Daily Express”ə istinadən məlumatına görə, ulduz oyunçu klubun transfer siyasətindən narazı olduğu üçün 2014-2015 sezonunun axırında komandadan gedəcək.
Qeyd edək ki, 29 yaşlı hücümçu bir müddət əvvəl də Anxel Di Maria və Xabi Alonsonun satılmasına etirazını bildirsə də, daha sonra fikirlərinin səhv anlaşıldığını açıqlamışdı.