Hazırda o, fizioterapiya kurslarının köməyilə həyatla mübarizəsini davam etdirir. Qutyerres deyib: "Məndə xərçəngin olduğu təsdiqləndikdə, Argentinadakı evimə gözüyaşlı yollandım. Baxmayaraq ki, "Nyukasl"la müqaviləm vardı. Pul vacib deyil. Əsas məsələ sağlamlıqdır. Ona görə də kimya terapiyasına başlamalı oldum. Sol xayamı götüzdürdüm. İngiltərəyə qayıdandan sonra "Nyukasl" mənim Argentinaya qayıtmağımı istədi. Saç itkisi ilə barışmaq çətindir. Öz tarixçəmi danışmağı qərara aldım ki, bəlkə digər xərçəng xəstələrinə köməyi dəydi".
Qeyd edək ki, Xonas Qutyerres "Nyukasl"da 2008-ci ildən oynayır. O, 2007 - 2012-ci illərdə Argentina millisinin şərəfini qoruyub. Qutyerres 2010-cu il dünya çempionatında da mübarizə aparıb.