
O, Topaz Premyer Liqasının VI turunda səfərdə üz-üzə gələcəkləri "Qəbələ"nin 2 il əvvəlkindən güclü olduğunu düşünür: "Rəqib ötən mövsüm Azərbaycan kubokunun finalına çıxıb və Premyer Liqanın bürünc medalını qazanıb. "Qəbələ”nin heyətində kifayət qədər səviyyəli futbolçu yer alır. Doğma meydan amilini də nəzərə alsaq, azarkeş dəstəyi də daha çox onların tərəfində olacaq".
Bununla belə, çilili hücumçu Qəbələdən 3 xalla qayıdaraq, liderlər qrupunda möhkəmlənməyə çalışacaqlarını bildirib.
Qeyd edək ki, sentyabrın 21-də keçiriləcək oyun saat 18:00-da başlanacaq.