
İtaliya millisinin baş məşqçisi Antonio Konte "Yuventus”un yarımmüdafiəçisi Andre Pirlonun yenidən ölkənin əsas komandasına çağırılacağını təsdiqləyib. Konte qeyd edib ki, hazırda zədəsini sağaltmaqla məşğul olan təcrübəli futbolçu AVRO-2016-nın Azərbaycanla seçmə oyununa qədər hazır olacaq.
O, Pirlonun həm Azərbaycan, həm də Norveç yığmaları ilə rəsmi matçlara dəvət ediləcəyini bildirib.
O, Pirlonun həm Azərbaycan, həm də Norveç yığmaları ilə rəsmi matçlara dəvət ediləcəyini bildirib.
Qeyd edək ki, İtaliya – Azərbaycan oyunu oktyabrın 10-da Palermo şəhərində keçiriləcək (qol.az).