
"Qəbələ" klubu Topaz Premyer Liqasının VI turunda "Neftçi" ilə ev oyununa 2 futbolçu itkisi ilə çıxacaq. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, zədəli Volodimir Levin və Dodo matç öncəsi məşqlərdə iştirak etmirlər.
"Qırmızı-qaralar" matçın hazırlıqlarını Qəbələdə davam etdirir. "Simurq"u 2:1 hesabı ilə yendikləri görüşdən sonra bir gün istirahət edən komanda üzvləri məşqləri sentyabrın 16-dan Qəbələdə bərpa ediblər.
Qeyd edək ki, "Neftçi" ilə matç sentyabrın 21-də Qəbələ şəhər stadionunda baş tutacaq və saat 18:00-da başlanacaq.