
Argentinalı dünya çempionu bildirib ki, Avropaya gəlməmişdən öz texnikası ilə müdafiəçiləri "yeyəcəyini" bilirmiş. Hazırda 53 yaşının olmasına baxmayaraq, özünü 80 yaşlı qoca kimi hiss etdiyini deyən Maradona normal insan həyatı yaşamadığını əlavə edib.
Qeyd edək ki, Dieqo Maradona Argentina yığmasının 1986-cı ildə dünya çempionu, 1990-cı ildə isə vitse-çempion olmasında böyük rol oynayıb. Amma onun şəxsi həyatı və məşqçi karyerası elə də uğurlu alınmayıb.