
"Neftçi” fiziki hazırlıq üzrə məşqçi Ruben Selleslə yollarını ayırıb. Sportnet.az-ın əldə etdiyi məlumata görə, ispaniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Qeyd edək ki, Selleç 2013-cü ilin yanvarında paytaxt təmsilçisinə gəlib. Pro kateqoriyalı mütəxəssis əvvəllər İspaniyanın "Valensiya”, "Vilyarreal”, eləcə də Yunanıstanın "Aris” və "Asteras” klublarında çalışıb.