
Öncədən açıqlanan siyahıda Azərbaycan və Rusiyadan əlavə 3-cü zonada Belarus da yer alıb. Amma Belarusun paytaxtı Minsk Avro-2020 uğrunda mübarizədə qalib şəhərlər siyahısına düşə bilməyib. Digər zonalara gəldikdə, yalnız Kopenhagenin qrup oyunlarına hansı şəhərlə birgə ev sahibliyi edəcəyinə aydınlıq gəlməyib. Buna səbəb Danimarkanın ortağı İsveçin Stokholm şəhərinin səsvermədən keçə bilməməsi olub. Çox güman ki, Kopenhagenə 5-ci zonadan qələbə qazanan 3 şəhərdən Münhen şərik olacaq.
Zonalar üzrə qalib şəhərlər bunlardır:
1-ci zona: Şimal-Qərb: Dublin (İrlandiya), Qlazqo (Şotlandiya)
2-ci zona: Skandinaviya: Kopenhagen (Danimarka)
3-cü zona: Şərq: Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya)
4-cü zona: Mərkəzi Şərq: Budapeşt (Macarıstan), Buxarest (Rumıniya)
5-ci zona: Mərkəz: Brüssel (Belçika), Münhen (Almaniya), Amsterdam (Hollandiya)
6-cı zona: Cənub-Aralıq: Roma (İtaliya), Bilbao (İspaniya)
Qeyd edək ki, bu şəhərlərin məhz hansı qrupun oyunlarına müştərək ev sahibliyi edəcəyinə Avro-2020-nin final mərhələsinin püşkatması zamanı aydınlıq gələcək.