
Bakının "İnter" klubu sentyabrın 25-də 10 illik yubileyini keçirəcək. Klubdan Sportnet.az-a verilən məlumata görə, "Hilton" otelində təşkil olunacaq tədbir saat 19:00-da başlanacaq.
Mərasimə bütün idman ictimaiyyətinin nümayəndələri dəvət edilib. Onların arasında AFFA, PFL və klub rəsmiləri, eləcə də jurnalistlər də var. Tədbir ümumilikdə 150-dən çox qonağın iştirakı ilə baş tutacaq.
Mərasim zamanı klubun inkişafında xüsusi rolu olanlara diplom və mükafatlar təqdim ediləcək.