AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla müqavilənin pozulma prosedurunu açıqlayıb. Sportnet.az-ın məlumatına görə, federasiya rəsmisi bu məsələnin İcraiyyə Komitəsi (İK) üzvlərinin səlahiyyətində olduğunu bildirib.
Məmmədov deyib ki, belə hallarda İK üzvlərindən biri baş katiblik qarşısında məsələ qaldırmalıdır: "Ümumiyyətlə, belə hallarda birbaşa İcraiyyə Komitəsi üzvlərindən biri məsələ qaldırmalıdır. Məsələn, Foqtsla müqaviləni pozmaq. Üzvlərdən biri məsələni baş katiblik qarşısında qaldırmalıdır. Bundan sonra biz bütün sənədləri hazırlayıb, İcraiyyə Komitəsi üzvləri ilə danışıb, müvafiq iclas keçiririk. Üzvlər də qərar qəbul edir. Yəni, prosedur belədir".
Baş katibin sözlərinə görə, Foqtsla müqaviləyə yenidən baxılma məsələsi birbaşa AFFA İcraiyyə Komitəsi üzvlərinə ünvanlanmalı sualdır: "Buna mənim cavab verməyim düzgün olmaz. Tövsiyə edərdim ki, belə sualları İcraiyyə Komitəsi üzvlərinə verəsiniz. Çünki müqavilənin uzadılması ilə bağlı qərarı onlar verir. 11 üzv var və onlar da səs verirlər. Onu da deyim ki, 11 üzvün hamısı Foqtsun qalması lehinə səs verib".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |