"Mahir Şükürov və Vaqif Cavadovun milliyə dəvət almamasının səbəbini bilmirəm". Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan yığmasının köməkçi-məşqçisi Mahmud Qurbanov deyib.
41 yaşlı mütəxəssis bildirib ki, hər iki futbolçunun adı İtaliya və Xorvatiya ilə oyunlar üçün milliyə namizəd göstərilənlər arasında olub. Lakin qərarı baş məşqçi Berti Foqts verib: "Bizim işimiz ölkə daxilində çıxış edən futbolçuların çıxışlarını izləyib baş məşqçiyə hesabat verməkdən ibarətdir. Legionerlərimizin çıxışlarını izləyib qərar vermək bizim vəzifəmiz deyil. Amma namizədlərin ümumi siyahısı olur və orada Şükürovla Cavadovun adı var idi. Amma konkret hər bir matça dəvətlilərin siyahısını Foqts tərtib edir və AFFA-ya göndərir".
Qurbanov Türkiyənin I liqasında çıxış edən hər iki futbolçunun zəif çıxışı səbəbindən kənarda qalma variantını istisna etməyib: "Ola bilsin, Foqts onların Bolqarıstanla qarşılaşmadakı çıxışından narazı qalıb. Bu səbəbdən, Şükürovla Cavadovu milliyə çağırmayıb".
Sentyabrın 9-da keçirilmiş qarşılaşmada təcrübəli sağ cinah müdafiəçisi 90 dəqiqə meydanda olub. Hücumçu isə ilk yarıdan sonra əvəzlənib. O, 35-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, Vaqif Cavadovdan fərqli olaraq, onun "Qaziantep BB"dəki komanda yoldaşı Ufuk Budak milliyə çağırılıb. Qalan dəvətli legionerlər isə Almaniyanın aşağı liqalarında çıxış edən Taşkın İlter, Rüfət Dadaşov və Dmitri Nazarovdur.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |