
"Neftçi" klubunun yeni vitse-prezidenti Elnur Məmmədov kollektivə təqdim olunub. Bu barədə Sportnet.az-a klub prezidenti Sadıq Sadıqovun müşaviri Elnur Əşrəfoğlu məlumat verib.
Onun sözlərinə görə, Sadıq Sadıqovun iştirakı ilə baş tutan təqdimata komanda rəhbərliyi və futbolçular, eləcə də inzibati heyət qatılıb.