O, Məmmədovu kollektivə təqdim edərkən deyib: "Tahir Süleymanovun istefasından sonra vitse-prezident axtarışında idik. Artıq bu vəzifəni həyata keçirəcək şəxs məlumdur. Elnur Məmmədov gənc olsa da, kifayət qədər idarəetmə təcrübəsi var. "Neftçi"nin bir çox oyununu birgə izləmişik. "Neftçi” Azərbaycan futbolunun ən köklü klubudur. Bu komanda hər zaman ən yüksək yerlər və ən ali mükafatlar uğrunda mübarizə aparır. Məqsədimiz bu uğurların davamını gətirmək və daha böyük nailiyyətlərə imza atmaqdır. İnanıram ki, bu təyinatdan sonra klubumuz daha böyük uğurlara imza atacaq".
Qeyd edək ki, Elnur Məmmədov daha öncə AFFA-da müxtəlif vəzifələrdə çalışıb.