Milli komandaların oyunu səbəbindən çempionatda yaranmış fasilədə Gürcüstana qısamüddətli səfər edən "İnter" məşqlərini doğma arenasında davam etdirir. Lakin "bankirlər" heç də tam qüvvə ilə hazırlaşa bilmirlər. Məsələ burasındadır ki, bu yaxınlarda xəsarət alan Matiya Şpiçiç məşq edə bilmir. Buna səbəb isə xorvatiyalı müdafiəçinin ayağında çat əmələ gəlməsidir. Şpiçiçin bir aylıq sıradan çıxdığı açıqlansa da, onun dönüşü xeyli yubanacaq. Klubdan Sportnet.az-a verilən məlumata görə, 26 yaşlı futbolçu ən yaxşı halda ay yarımdan sonra məşqlərə başlaya biləcək. Yəni Şpiçiç noyabrın sonları və ya dekabrın əvvəllərində yüngül hazırlığa başlayacaq. Onun hətta 2014-cü ildə meydana çıxmamaq ehtimalı da var. Çünki bir müddət fərdi məşqlərdən sonra kollektivə qoşulacaq futbolçunun bərpa prosesi də vaxt alacaq. Bir sözlə, çox güman ki, "İnter" bu il müdafiəçisinin xidmətindən yararlana bilməyəcək.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |