Topaz Premyer Liqasının 8-ci turuna hazırlığını davam etdirən "Xəzər Lənkəran"ın proqramında növbəti dəyişiklik edilib. Sportnet.az-ın məlumatına görə, bu gün Bakıya gələrək, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşqə çıxan cənub təmsilçisi oktyabrın 16-na qədər paytaxtda qalacaq və yalnız ayın 17-də Lənkərana qayıdacaq. Komandada zədəlilərin bir-bir sıraya dönməsi məşqçilər korpusunu sevindirməyə bilməz. Son vaxtlar zədə səbəbindən müxtəlif oyunları buraxan Alfred Sanko, Əfran İsmayılov, Cahangir Həsənzadə və Orxan Sadıqlı fasilə müddətində sağalaraq, kollektivə qoşulublar. Adıçəkilən oyunçular həftəsonu "Bakı" ilə 8-ci tur matçında oynaya biləcəklər. Komandanın yeganə itkisi Uğur Pamukdur ki, milli komandamızın üzvü hələ də məşq etmək iqtidarında deyil.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Bakı" oyunu oktyabrın 19-da keçiriləcək.1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |