Premyer Liqada VIII turun hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, turun mərkəzi görüşünü FİFA referisi Rəhim Həsənov idarə edəcək.
Maraqlıdır ki, o, 5 turluq cəzadan sonra yenidən "Qəbələ"nin oyununa göndərilib. Halbuki "Araz Naxçıvan" qəbələlilərə məhz onun səhvləri ucbatından uduzduqlarını iddia etmişdi. Hakimlər Komitəsi də bunu nəzərə alaraq R.Həsənovu cəzalandırmışdı.
Digər FİFA hakimi Əliyar Ağayev isə Lənkəranda "Xəzər Lənkəran" - "Bakı" duelində ədaləti qoruyacaq. İstedadlı hakim olduğu bildirilən İnqilab Məəmmədovun işi isə bir qədər çətin olacaq. Çünki gənc referiyə "qardaş"ların oyunu - "İnter" - "Simurq" matçı həvalə olunub.
17 oktyabr (cümə)
"Sumqayıt” – "Neftçi”
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
"Kapital Bank Arena”, süni örtüklü meydança, 16:00
"Qarabağ” – "Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30
18 oktyabr (şənbə)
"Araz Naxçıvan” – AZAL
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Fazil Mürşüdov
Naxçıvan Muxtar Respublika stadionu, 15:00
"İnter”- "Simurq”
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Murad Məmmədov
"İnter Arena”, 18:00
19 oktyabr (bazar)
"Xəzər Lənkəran” – "Bakı”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Səfər Haşımov
"Xəzər Lənkəran” mərkəzi stadionu, 17:00