Premyer Liqanın VIII turunda keçirilən "Sumqayıt" - "Neftçi" matçında xoşagəlməz olay yaşanıb. Sportnet.az-ın məlumatına görə, qonaqların yarımmüdafiəçisi Araz Abdullayev əvəzlənən vaxt qeyri-etik hərəkət edib.
Millinin futbolçusu 58-ci dəqiqədə meydandan çıxarkən baş məşqçiyə deyinib. Ardınca isə Əsədova etiraz olaraq əl verməyib və gənc mütəxəssisin əli havada qalıb.
Baş məşqçi oyundan sonra verdiyi açıqlamada bunları deyib: "Araz Abdullayevin əvəzlənməsinə etiraz etməsinə gəlincə, futbolda belə hallar olur. Amma biz məsələ ilə bağlı ciddi tədbir görəcəyik".
Baş məşqçi oyundan sonra verdiyi açıqlamada bunları deyib: "Araz Abdullayevin əvəzlənməsinə etiraz etməsinə gəlincə, futbolda belə hallar olur. Amma biz məsələ ilə bağlı ciddi tədbir görəcəyik".
Qeyd edək ki, oyun 1:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.