Azərbaycan Kubokunun 1/8 final mərhələsində vəsiqə qazanan MOİK-in baş məşqçisi Namiq Adilov "Lokomotiv"lə oyun haqda danışıb. Sportnet.az-ın məlumatına görə, mütəxəssis əsas məqsədlərinin kubok olmadığını deyib.
Adilov bildirib ki, növbəti mərhələdəki rəqib "Qarabağ"la mübarizə aparmağa çalışacaqlar: "Qələbə qazandığımız üçün sevinirik. Bu oyunda qələbə bizim üçün vacib idi. Çempionatda ardıcıl oyunlarda xallar itirdik. Amma kubokda yaxşı çıxış edib, mərhələ adladıq. Bu qələbə bizdə motivasiyanı artıracaq. Oyuna gəldikdə, çətin qarşılaşma oldu. Bu oyunun taleyini 1 qol həll edəcəkdi. Həmin qolu da biz vurduq. Kubokda "Qarabağ”la qarşılaşacağıq. Biz bu oyunda mübarizə aparmağa çalışacağıq. Lakin bizim üçün əsas olan çempionatda mümkün qədər irəli getməkdir. Kubok ikinci plandadır".
Qeyd edək ki, Azərbaycan kubokunun bir oyundan ibarət olan 1/16 final mərhələsində MOİK "Lokomotiv"i 1:0 hesabı ilə məğlub edib.