1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Arif Əsədov üzünə ağ olan futbolçunu təriflədi
"Araz Abdullayev artıq əsas komandaya qaytarılıb. O, etdiyi hərərəkətə görə üzr istədi". Bu sözləri Sportnet.az saytına açıqlamasında "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib.
44 yaşlı mütəxəssis Abdullayev kimi futbolçuların tez-tez yetişmədiyini bildirib: "Araz kimi futbolçular tez-tez yetişmir. Belə futbolçuları itirmək yox, qazanmaq lazımdır. O, həm "Neftçi", həm də milliyə xeyri dəyəcək istedadlı oyunçudur. Onunla danışdıq. Etdiyi hərəkətin səhv olduğunu başa düşdü və gələcəkdə belə hərəkətləri təkrarlamayacağına söz verdi".
Qeyd edək ki, Araz Abdullayev Premyer Liqanın VIII turunda "Sumqayıt"la matçda əvəzləndiyi an baş məşqçi Arif Əsədovun əlini sıxmadığı üçün klub tərəfindən cəzalandırılıb və əvəzedici heyətə göndərilib.