"Elgiz Kərəmli "Araz Naxçıvan"dan öz istəyi ilə gedib". Bunu Sportnet.az-a açıqlamasında Naxçıvan klubunun sabiq futbolçusunun atası, "Neftçi"də məşqçi kimi çalışan Nazim Əliyev deyib.
Əliyev bildirib ki, özü oğlunun AZAL-dan ayrılaraq, "kiçik torpağ"a üz tutmasının əleyhinə olub. Lakin Kərəmli ona "təyyarəçilər"in heyətində meydana çıxa bilmədiyini və oynamaq istədiyi komandanın formasını geyinməkdə qərarlı olduğunu söyləyib: "Elgizə dedim ki, getmə. Amma cavab verdi ki, oynamaq istəyir, ona görə "Araz Naxçıvan"a yollanır. Amma elə alındı ki, ailə qurdu. Yol uzaq olduğundan, komandadan ayrılmağa qərar verdi".
Məşqçi oğlunun yenə futbolçu kimi karyerasını davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, "Araz Naxçıvan" uğursuz nəticələrlə əlaqədar bir neçə futbolçusunu qovub. Onların arasında Elgiz Kərəmlinin də olduğu bildirilir. Kərəmli isə komandadan özünün ayrıldığını iddia edir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |