
"Oyun çox çətin keçdi. Bir neçə qol epizodumuz oldu, amma qələbə qazana bilmədik". Bunu "İnter"lə Topaz Premyer Liqasının X tur matçından sonra Sportnet.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib.
Medvedev bildirib ki, "İnter"in müdafiə xətti ucaboy futbolçulardan təşkil olunub. Bu isə "Qarabağ"ın işini daha da çətinə salıb. Hər halda 25 yaşlı müdafiəçi nəticəni qənaətbəxş sayıb: "1 xal da normaldır, çünki "İnter" də bizim kimi çempionluğa oynayır və oyuna çox yaxşı hazırlaşmışdılar. Bəzən həftədə 3 oyun keçiririk. Bizə həm Avropa Liqası, həm də çempionatda oynamaq çətindir. Buna baxmayaraq, iki turnirdə də inamla çıxış edirik".
Qeyd edək ki, "İnter" - "Qarabağ" matçı qolsuz yekunlaşıb - 0:0.