
Topaz Premyer Liqasında XI turun oyun cədvəli açıqlanıb. Sportnet.az-ın məlumatına görə, bütün görüşlər eyni gündə keçiriləcək.
Turun iki matç Bakıda, digər üç görüş isə əyalətlərdə baş tutacaq.
Açılış oyunu Qəbələdə baş tutacaq. Burada yerli "Qəbələ" "Bakı"nı qəbul edəcək. Turun ən gec matçı 19:30-da başlanacaq. Lider "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Araz Naxçıvan"ı qonaq edəcək.
02 noyabr (bazar)
"Qəbələ” – "Bakı”
Qəbələ şəhər stadionu, 15:30
"Sumqayıt” – "İnter”
"Kapital Bank Arena” stadionu, 16:00
"Xəzər Lənkəran” – "Simurq”
Lənkəran şəhər mərkəzi stadionu, 17:00
"Neftçi” – AZAL
"Bakcell Arena”, 17:15
"Qarabağ” – "Araz Naxçıvan”
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30