1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maksim Medvedev Mahir Şükürovla Vaqif Cavadova ilişdi - MÜSAHİBƏ
"Qarabağ"ın futbolçusu Maksim Medvedevin Sportnet.az-a müsahibəsi
- "İnter"lə görüşdən 1 xalla ayrıldınız. Oyunla bağlı nə deyə bilərsiniz?
- Oyun gərgin mübarizə şəraitində keçdi. Hər iki komanda çempionluq uğrunda mübarizə aparır, ona görə də nəticə normaldır. Həm Avroliqa, həm də çempionatda oynamaq çətindir. Amma biz hər iki vəzifənin öhdəsindən layiqincə gəlirik.
- Avroliqada növbəti oyun "Dnepr”lə Bakıdadır. Səfər oynunda qalib gəldiniz, evdə şansınızı necə qiymətləndirirsiniz?
- Çox maraqlı və gərgin oyun olacaq. Səfərdə qələbə qazansaq da, Bakıdakı qarşılaşma "Dnepr”in son şansıdır, ona görə də xüsusi hazırlaşırlar. Belə düşünürəm ki, "Dnepr” səfərdə daha güclü oynayır. Bizim azarkeş dəstəyimiz olacaq və "Dnepr”i məğlub etməyə çalışacağıq.
- Hazırda milli komandada baş məşqçi məsələsi ciddi müzakirə olunur. Sizcə, Qurban Qurbanov "Qarabağ"ı buraxıb milliyə gedər?
- Qurban Qurbanov "Qarabağ”ın baş məşqçisidir. Belə vəziyyətdə onun millinin başına keçməyi inandırıcı deyil. O, "Qarabağ”ı aşağı səviyyədən alıb və Avropaya səs salan komandaya çevirib. Onun hələ bu klubla bağlı gələcək planları çoxdur.
- Uzun müddətdir "Qarabağ"da çıxış edirsiniz. Avroliqa oyunlarında sizi bəyənib, xarici kluba dəvət etsələr "Qarabağ"ı tərk edərsiniz?
- Hazırda xarici klublardan təklif yoxdur. Doğrudur, xaricdə oynamaq hər bir futbolçunun arzusudur. Amma indi "Qarabağ”da oynayıram və klubun uğurları üçün çox çalışıram. Ümumiyyətlə, xaricdə orta sıralarda mübarizə aparan klublarda oynamaqdansa, "Qarabağ”la zirvəyə oynamağı üstün tuturam. Çünki "Qarabağ” belə klublardan daha yüksək səviyyəli komandadır.
Orxan QASIMLI