 

Bu gün Topaz
Premyer Liqasında XI turun oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına
görə, klublar milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə
ərəfəsində son matçlarına çıxacaqlar.
	 
Bu turda
əsas diqqət çəkən məqam turnir cədvəlinin ilk yarısında qərarlaşan komandalar ikinci
"beşlik”dəki rəqibləri ilə qarşılaşacaqlar. Fasiləyə kimin lider yollanacağına
aydınlıq gələcək turda bütün oyunlar eyni gündə baş tutacaq.
	
İlk matçın
fitinə Qəbələdə start verilib. Yerli komanda "Bakı”nı sınağa çəkib. Qələbə
seriyasını 3-ə çatdırmaq üçün "Qəbələ” bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin erkən qolla sevinən "qırmızı-qaralar" qələbəni qoruya bilməyərək sonda 1 xalla meydandan ayrılıblar.
	
Günün ikinci
oyununda ardıcıl 5 məğlubiyyətlə mövsümün antirekorduna şərik olan "Sumqayıt”
bu dəfə "İnter” qarşısında imtahan verib. Ardıcıl 3 matçda 0:0 edən "İnter”
isə bu turda da ənənəsinə sadiq qalıb. Rəqibinin müqavimətini qıra bilməyən "İnter" 1 xala razılaşıb.
	
Turun digər
oyunu isə iki qonşu komandanın iştirakı ilə baş tutub. Belə ki, 6-cı pillədə
qərarlaşan "Xəzər Lənkəran” eyni xala malik "Simurq”u qonaq edib. Tunir
cədvəlinin ortalarında qərarlaşan "Xəzər Lənkəran” rəqibini məğlub edərək liderlərə biraz da yaxınlaşdı.
	
"Neftçi” isə paytaxt derbisində AZAL-ı sınağa çəib. Liderdən 1
xal geri qalan "Neftçi” bu oyunda AZAL-a divan tutub.
	
Liderlə autsayderin oyunu isə tura yekun vurdu. Liderliyini qorumaq iddiasında olan "Qarabağ” 8 turdu qələbəyə həsrət qalan "Araz Naxçıvan”ı darmadağın etdi - 4:0.
02
noyabr (bazar)
	"Qəbələ” – "Bakı” - 1:1
	Qollar: Dodo, 5 - Nuran Qurbanov, 45
	
	
"Qəbələ”:1. Kamran
Ağayev (k), 4. Elvin Camalov, 10. Dodo, 14. Cavid Hüseynov, 16. Ruslan Tağızadə,
21. Yazalde Pinto, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 44. Rafael Santos, 88.
Müşfiq Teymurov, 90. Ekiqo Ehiosun
	Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev,8. Vidal Kunya Markus, 9. Viktor Mendi, 11. Andrei Kristea, 12. Aleksandru Benqa, 15.
Ruslan Abışov
	Baş məşqçi: Dorinel Munteanu
	
"Bakı”:1. Aqil
Məmmədov, 6. Vüqar Bəybalayev, 5. Georgios Palagios,21. Elşad Manafov, 18. Əziz Quliyev, 8.
Lukas Mario Horvat (k), 30. Cəmşid Məhərrəmov, 22. Risto Ristoviç, 7. Nuran
Qurbanov, 11. Tural Qürbətov, 85. Jaba
	Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 45. Mahir Mədətov, 55.
Aydın Mustafazadə, 20. Valeh Seyidov, 15. Azad Kərimov, 9. Raul Yaqubzadə, 4. Ülvi Süleymanov
	Baş məşqçi: İbrahim Uzunca
	
	
Hakimlər: Rəhim
Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Teymur Fərhadov
	AFFA
nümayəndəsi: Maşallah Əhmədov
	Hakim-inspektor:
Fazil Mürşüdov
	Qəbələ
şəhərstadionu, 15:30
"Sumqayıt” – "İnter” - 0:0
	
	
"Sumqayıt”:1. Andrey
Popoviç, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev,7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15.
Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə
	Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 8. Ceyhun
Cavadov, 9. Orxan Əliyev, 11. Kiyan Sultanpur, 17. Ramazan Abbasov, 45. Murad
Ağayev, 86. Fərid Quliyev
	Baş məşqçi: Aqil Məmmədov
	
"İnter”:25. Səlahət
Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 12. Franka Nildo, 15. Yohan Bokanyano, 17.
Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 80. Nizami Hacıyev, 88. Derlis Meza
Kolli, 91. Coşqun Diniyev
	Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 4. İvan Benitez, 6.
Slavco Georgiyevski, 7. Abdulla Abatsiyev,10. Elvin Məmmədov, 11. Asif Məmmədov, 27. Dieqo Madriqal
		Baş məşqçi: Kaxaber Sxadadze
	
	
Hakimlər: Orxan
Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ziya Nəsirov
	AFFA
nümayəndəsi: Adil Nadirov
	Hakim-inspektor:
Məhəmməd Məmmədov
	"KapitalBankArena”
stadionu, 16:00
"Xəzər Lənkəran” – "Simurq” - 2:1
	Qollar: Sadio Tounkara, 39; Rahid Əmirquliyev, 59 - İdan Vaytsman, 38
"Xəzər
Lənkəran”:1.
Orxan Sadıqlı, 3. Vanderson Skarduelli,5. Tyeqo de Xesus, 6. Rəşad
Sadiqov, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 11. Rauf Əliyev, 14. Rahid
Əmirquliyev (k), 27. Adrian Skarlatake, 33. Rasim Ramaldanov, 63. Alfred Sankoh
	Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 10. Elnur Abdullayev,
13. Aleksandr Şemonayev, 22. Əfran İsmayılov, 28. Fernando Qabriel, 97. Elnur
Cəfərov, 99. Deyan Blajevski
	Baş məşqçi: Oğuz Çətin
	
	
"Simurq”:1. Pavel Kapsa,
2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 10. Rəşad
Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan
Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç
		Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Patrik Osiako, 9.
Lukas Tresnak, 13. Əli Gökdemir, 15. Stepan Polyak, 25. Oruc Balaşlı, 33. Kənan
Müslümov
		Baş məşqçi: George Çixradze
Hakimlər: Ömər Paşayev, İsgəndər Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əli Hüseynov
"XəzərLənkəran" mərkəzistadionu, 17:00
"Neftçi” –AZAL - 4:0 
			Qollar: EltunYaqublu, 10 (avtoqol); Denis Silva, 38; Kanales, 70, 85
		Qırmızı vərəqə: Luis Ramos
	
	
"Neftçi”:1. Emil
Balayev, 2. Karlos Kardozo, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz
Abdullayev, 9. Flavinyo (k), 10.
Julius Vobay, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 90. Erenst
Nfor
	Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 11.
Nikolas Kanales, 17. Nicat Qurbanov, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 95.
Elvin Bədəlov
		Baş məşqçi: Arif Əsədov
	
AZAL:1. Ruslan
Məcidov, 4. Laşa Kasradze, 15. Oskars Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar
Rəhimov, 5. Kərim Diniyev, 6.Konseysao Eduardo, 12. Luis Ramos, 10. Tomi
Kostadinov, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k)
	Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 21.
Novruz Məmmədov, 25. Adil Nağıyev, 7. Təmkin Xəlilzadə, 11. Con Kordoba, 14. Asif
Mirili
	Baş məşqçi: Tərlan Əhmədov
	
	
Hakimlər: Əliyar
Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Mahir Məmmədov
	AFFA
nümayəndəsi: Oqtay Abdullayev
	Hakim-inspektor:
Asim Xudiyev
	"BakcellArena”,
17:15
"Qarabağ” – "Araz
Naxçıvan” - 4:0 
	Qollar: Muarrem Muarem, 15; Emeqara, 34; Reynaldo Silva, 50, 62 (p.)
	
	
"Qarabağ”:1.
Fərhad Vəliyev, 2. Qara Qarayev, 3. Tərlan
Quliyev, 6. Hacı Əhmədov, 8. İnnosent Emeqara, 9. Reynaldo Silva, 10. Muarem
Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 33. Şəhriyar Əliyev, 41.
Leroy Corc
	Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 17. Vüqar Nadirov, 20.
Riçard Almeyda, 24. Admir Teli, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov
	Baş məşqçi: Qurban Qurbanov
	
"Araz
Naxçıvan”: 85.
Kamal Bayramov (k), 3. Əlimirzə Daşzərini, 6. Budaq Nəsirov, 7. Ramal Hüseynov,
8. Elmin Çobanov, 11. Sergey Selyuk, 13. Aqil Nəbiyev, 16. Kamil Hüseynov, 17.
Bəxtiyar Soltanov, 19. Tərlan Xəlilov, 24. Azər Məmmədov
	Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 2. Tural Hümbətov, 5. Cavid
Həsənov, 4. Emin Cəfərquliyev, 15. Ruslan Nəsirli, 21. David Janelidze, 44.
Saşa Yunisoğlu
		Baş məşqçi: Əsgər Abdullayev
Hakimlər: Vüsal
Əliyev, Azər Əsgərov, Vüsal Qənbərov, Fariz Yusifov
	AFFA
nümayəndəsi: Qürbət Həsənov
	Hakim-inspektor:
Rövşən Əhmədov
	TofiqBəhramovadınaRespublikastadionu,
19:30
	
	
| N | Klublar | O | Q | H | M | T-F | X | 
| 1 | Qarabağ | 10 | 6 | 3 | 1 | 18-8 | 21 | 
| 2 | Neftçi | 10 | 6 | 2 | 2 | 13-8 | 20 | 
| 3 | İnter | 11 | 4 | 6 | 1 | 20-4 | 18 | 
| 4 | Qəbələ | 11 | 5 | 3 | 3 | 12-12 | 18 | 
| 5 | Xəzər L | 11 | 5 | 2 | 4 | 15-11 | 17 | 
| 6 | Simurq | 11 | 4 | 2 | 5 | 16-12 | 14 | 
| 7 | Sumqayıt | 11 | 4 | 1 | 6 | 12-16 | 13 | 
| 8 | Bakı | 11 | 3 | 2 | 6 | 9-23 | 11 | 
| 9 | AZAL | 10 | 2 | 4 | 4 | 9-17 | 10 | 
| 10 | Araz N | 10 | 1 | 1 | 8 | 7-20 | 4 | 
	Bombardir:Rəşad Eyyubov ("Simurq”) – 6.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































