Rusiyanın Anapa şəhərində boks üzrə
yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Sportnet.az-ın məlumatına görə, yarışın üçüncü günü
Azərbaycan idmançıları üçün uğurlu olub.
Rinqə çıxan 5 boksçumuzun hamısı qalib
gəlib. 70 kq çəki dərəcəsində çıxış edən Rasim Çobanlı çexiyalı Daniel
Svestkanı mübarizədən kənarlaşdırıb – 3:0. Boksçumuz ¼ finalda Belarus
nümayəndəsi Mikita Krasnabayevlə qarşılaşacaq.
Ruslan Rüstəmovun (46 kq)
qələbəsi isə daha əlamətdar olub. Milli komandamızın üzvü erməni boksçusu
Jirayr Sargeyan üzərində inamlı qələbə qazanıb – 3:0. Həmyerlimiz ¼ finalda
rusiyalı Pavel Ryasniylə üz-üzə gələcək.
75 kq çəki dərəcəsində mübarizə
aparan Hacı Dilbazov da Avropa birinciliyinə qələbə ilə başlayıb. Dilbazov
İsrail təmsilçisi Vyaçeslav Şemetovu məğlub edib – 3:0. Boksçumuz ¼ finalda
ukraynalı İvan Çubreviçevlə görüşəcək.
Malik Həsənov isə (48 kq) Ukrayna
təmsilçisini yarışdan kənarlaşdırıb. Həsənov Sergey Korol üzərində qələbə
qazanıb – 3:0.
Məhəmməd Abdullayev (80+kq)
Avropa birinciliyində ikinci görüşünü nokautla başa vurub. Boksçumuz litvalı
Marek Korolkovu 2-ci raundda təslim olmağa məcbur edib. Yarımfinala vəsiqə əldə
edən Abdullayev Ukrayna idmançısı Vyaçeslav Qavrilyukla qarşılaşacaq.
Qeyd edək ki, Avropa birinciliyinə noyabrın
8-də yekun vurulacaq.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |