Xəbər
verdiyimiz kimi "Araz-Naxçıvan" klubu ötən gün fəaliyyətini dayandırması ilə
bağlı açıqlama vermişdi. Sportnet.az klubun saytına istinadən məlumatına görə, Naxçıvan təmsilçisi bu dəfə çempionatdan imtinasının səbəbini açıqlayıb.
Xəbərdə bildirilir ki, çempionatdan imtinaya səbəb üzləşdikləri haqsızlıqlardı: "Araz-Naxçıvan"ın çempionatı tərk etməsinin əsl səbəbi
öncədən məlum idi. Çünki klub yaradılarkən öz strategiyasına uyğun fəaliyyət
dairəsi seçmişdi. İlk olaraq yerli futbolçularla güclənməyi qarşısına məqsəd
qoyan komandanın əsl məqsədi Azərbaycan futboluna xidmət etmək və yerli
oyunçuların gücündən istifadə etmək idi. Lakin zaman keçdikcə klubumuza qarşı
bəzi haqsızlıqlar muxtar respublika təmsilçisinin fəaliyyətinin dayandırmasına
səbəb oldu”.
Məlumatda həmçinin klub rəhbərliyinin narazı qaldığı məqamlar da açıqlanıb: "Hələ çempionatın 2-ci turunda "Qəbələ", 4-cü
turunda isə "Sumqayıt"la oyunda komandamız hakim haqsızlıqları ilə
üzləşmiş və bu barədə futbol qurumuna müraciət olunmuşdu. Sonradan məsələ öz
həllini tapsa da, klubumuz müəyyən şərtlərlə çempionatda oyunlarına davam etdi.
Ancaq sonrakı turlarda məlum hadisələrdən sonra klub rəhbərliyinin səbr kasası
daşdı və klubun fəaliyyətinin dayandırılmasına göstəriş verildi. Biz
"Araz-Naxçıvan" PFK olaraq, çempionatı təşkil edən PFL-ə, həmçinin
futbolun inkişafı üçün çalışan AFFA rəhbərliyinə təşəkkürümüzü bildiririk və
çempionatın növbəti turlarında digər klublara uğurlar arzulayırıq. Yarandığı
gündən etibarən komandanın daim yanında olan sadiq azarkeşlərimizə
minnətdarlığımızı bildiririk”.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |