"Araz Naxçıvan” klubunun çempionatdan imtinası
Türkiyə mətbuatında da maraqla qarşılanıb. Sportnet.az-ın məlumatına görə, məhşur
"Hürriyet” nəşri "Hakimlərə əsəbləşib çempionatdan çəkildilər” başlıqlı yazı
paylaşıb.
Belə
ki, Azərbaycan Premyer Liqasında mübarizə aparan "Araz Naxçıvan”
komandasının "hakim xətaları” səbəbini göstərərək çempionatdan imtina etdiyi bildirilib.
Daha
sonra klubun rəsmi saytında verilmiş imtina səbəblərindən sitatlar gətirilərək bu
barədə Peşəkar Futbol Liqasına məktubun göndərildiyi deyilib.
Həmçinin
"Araz Naxçıvan” klubunun bu mövsümün əvvəlində Ərzurumda "Samsunspor”la hazırlıq
görüşündə iştirak etdiyi qeyd edilib.
1967-ci ildə qurulan klubun Sovetlər Birliyi dönəmində I liqada mübarizə aparması, daha sonra dağılması, Birliyin dağılmasından sonra isə yenidən klubun bərpa olunaraq Azərbaycan çempionatlarında iştirakı qeyd olunub. Bir neçə il sonra yenidən fəaliyyətini dayandıran klubun 2013-cü ildə təzədən qurularaq I divizonda oynadığı, 2014-cü ildə isə Premyer Liqaya vəsiqə alaraq burada mübarizə aparaması qeyd edilib.