Voleybolçu qadınlar arasında Azərbaycan Super
Liqasının II turunda "Azərreyl”ə qalib gələn "Lokomotiv” klubunun baş
məşqçisi Teon Bujis Sportnet.az-a müsahibəsi...
- Oyun haqda nə düşünürsünüz?
- Bilirdik ki, çətin oyun olacaq. İlk 2 setdə qalib gəldikdən sonra üçüncü seti "Azərreyl” daha yaxşı oynamağa başladı və məğlub olduq. Oyunu buraxmadıq və matçı 3:1 hesabı ilə qazandıq. ”Azərreyl” yaxşı kulublardan biridir, qalib gəldiyimiz üçün sevincliyik.
- "Azərreyl” servis atarkən bəzən oyunçularınız səhvə yol verirdilər bunun səbəbi nə idi?
- Zədəli oyunçumuz var hazırda müalicə alır, o sağaldığı zaman daha yaxşı oynaycağıq. Yeni komandayıq problemlər var, daha çox birlikdə oynamalıyıq.
- Avropada mübarizə yaxınlaşır. Rəqibiniz "Rote Raben" haqda nə deyə bilərsiniz?
- Çox gərgin oyun olacaq. Rəqibi çox yaxşı tanıyıram və oyunçularımı bu oyuna xüsusi hazırlayacam. Avropada ən yaxşı şəkildə oynamağa və irəli getməyə hazırıq.
Orxan QASIMLI