1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan idmançısından dünya çempionatında ən yüksək nəticə
Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında ötən gün Azərbaycanın daha 2 ağırlıqqaldıranı mübarizə aparıb. Sportnet.az-ın məlumatına görə, qadınlar arasında 53 kq çəki dərəcəsində ölkəmizi Boyanka Kostova və Gülçin Əlizadə təmsil edib.
C qrupunda mübarizə aparan Əlizadə birdən 70 kq, təkanla 90 kq, iki hərəkətin cəmində 160 kq nəticə göstərib. Bununla da Əlizadə 34 idmançı arasında 28-ci yeri tutub. Əvəzində Kostova daha uğurla çıxış edib. 21 yaşlı atlet B qrupunda yer alıb. O, birdən 91 kq, təkanla 109 kq, iki hərəkətin cəmində 200 kq göstərici ilə qrupun qalibi olub. Lakin A qrupunda mübarizə aparan ağırlıqqaldıranlar daha yaxşı nəticə ilə Kostovanı 8-ci pilləyə endiriblər.
Qeyd edək ki, daha öncə kişilərin yarışında 62 kq çəki dərəcəsində Rüstəm İmanzadə 267 kq (120 + 147) nəticə ilə 17-ci, Elmar Əliyev 56 kq çəki dərəcəsində 238 kq (103 + 135) göstərici ilə 24-cü yeri tutub.