"Xəzər-Lənkəran"
futbol klubu yayda transferə çıxardığı qapıçı Vyekoslav Tomişi qaytarmağı
qərara alıb. Buna komandanın təcrübəli qolkiperi Cahangir
Həsənzadənin zədələnməsi səbəb olub.
Üçüncü qapıçıTərlan Qasımzadənin hələ gənc olması üzündən,
"çərçivə" yalnız Orxan Sadıqlının ümidinə qalıb. Rəhbərlik çıxış
yolunuTomiçi geri qaytarmaqda görüb. O, yaxın müddətdə
"ağ-yaşıllar"ın düşərgəsinə qoşularaq, məşqləri bərpa edəcək. 31
yaşlı qapıçınınAzərbaycan Premyer Liqasında XII turun "İnter"
klubu ilə səfər matçının sifariş ərizəsinə daxil ediləcəyi gözlənilir. Bu görüş
noyabrın 20-də olacaq.
Qeyd edək ki, Vyekoslav Tomiç "Xəzər-Lənkəran"la yanvarın 13-də 1
illik müqavilə bağlayıb. Bu isə Tomiçinmövsümün ilk yarısının sonunadək meydana
çıxa biləcəyianlamına gəlir. (Report.az)
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |