"Neftçi" klubunun qaıçısı Saşa Stamenkoviç voleybolçu qadınlar arasında "Azəryol" və Fransanın "Nant" klubları arasında Çempionlar Liqasının matçını izləməyə gəlib. Sportnet.az-ın Azəryol Voleybol Mərkəzindəki əməkdaşının məlumatına görə, serbiyalı qolkiper əvvəlcə "Rabitə" klubunun bir neçə qadın voleybolçusu ilə ayaqüstü söhbət edib.
Ardından o, tribunada əyləşərək oyunu izləyib. Stamenkoviç Sportnet.az-a açıqlamasında "Rabitə" voleybolçularını tanımadığını, oyuna isə "Azəryol"un üzvü Yovana Brakoçeviçə azarkeşlik etmək üçün gəldiyini bildirib.
Qeyd edək ki, oyunu fəxri tribunadan "Azəryol"un prezidenti Cavid Qurbanov və Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev də izləyib. Qurbanov 3-cü setdən sonra arenadan ayrılıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |