
"Bakı"nın futbolçusu Nurlan
Novruzov noyabrın 13-də keçirilmiş yoldaşlıq oyunu zamanı "Neftçi”nin
yarımmüdafiəçisi Erik Ramosun bilərəkdən zərbəsinə tuş gəlib. Novruzov
Sportnet.az-a müsahibəsində həmin epizod, Ramosun hərəkəti və hələ də cəzasız
qalmasından danışıb...
- Ramosun sizə qarşı hərəkəti ilə bağlı nə deyə bilərsiniz?
- Sizə olanı deyəcəyəm: Ramos qapıçımızın qabağını kəsirdi. Arxasında durub ona mane olmaq
istəyirdim. O da hirslənib vurdu. Düzdür, normal hərəkət deyil. Ancaq futbolda
belə şeylər olur.
- Sonradan Sizdən üzr istədimi?
- Xeyr.
- Yoldaşlıq görüşü olsa belə, bu cür hərəkətlərə AFFA İntizam
Komitəsi də baxa bilər...
- Vallah, mən nə deyə bilərəm?
- Bu hərəkətinə görə Ramosun cəzalanmağını istərdinizmi? Ən
azı "Neftçi” rəhbərliyi tərəfindən.
- Bəli, istərdim.
- Legionerin azərbaycanlı futbolçuya qarşı belə hərəkətinə
necə baxırsan?
- Ayıbdır, vallah. Əlbəttə, yaxşı baxmıram.
- Zərbənin ağrıları qalıb?
- Xeyr, zərbəsi başıma dəysə də, keçib.