"Neftçi” "Bakı” ilə yoxlama oyunundan sonra istirahəti başa
vuraraq məşqlərini bərpa edib. Sportnet.az-ın
məlumatına görə, paytaxt komandası "Simurq”la matçın hazırlığına start verib.
Bu gün klubun bazasındakı meydanda baş tutmuş məşqdən əvvəl
paraqvaylı futbolçu Erik Ramos "Bakı" ilə yoxlama oyununda etdiyi
hərəkətə görə klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda
yoldaşlarından, eləcə də azarkeşlərdən üzr istəyib.
Ramos bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Yoxlama oyununda rəqib futbolçu mənəqarşı iki təhrikedici hərəkət etdi vənəticədəemosiyalarımı cilovlaya bilmədim.Bütün hallarda özümə haqq qazandırmıram. Hazırlıq oyunu olmasına baxmayaraq, belə etməməliydim. Səhvimi anlayıram. Buna görə də klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəməyi özümə borc bildim. Ümid edirəm ki, onlar məni anlayışla qarşılayacaqlar. Çalışacağam ki, gələcəkdə belə hallar baş verməsin”.