
"Xəzər Lənkəran” klubunun 11.11.2014-cü il tarixdə "Neftçi” klubuna ünvanladığı məktub cavablandırılıb. Sportnet.az-ın "Neftçi” klubunun rəsmi saytına istinadən məlumatına görə, komanda 24.11.2014-cü il tarixdə Premyer Liqanın XIII turu
çərçivəsində keçiriləcək "Xəzər Lənkəran” – "Neftçi” matçının "Xəzər Lənkəran” Mərkəzi stadionunun ot örtüyünün əsaslı şəkildə yenilənməsi ilə bağlı başqa stadionda təşkil olunmasına etiraz etmir.
Lakin klubun saytında verilən
bəyanatda nominal meydan sahibinin "Xəzər Lənkəran"ın olması şərti irəli sürülüb: "Komandamızın məşqçilər korpusunun, futbolçu heyətinin, azarkeşlərin marağını və ən əsası idman prinsiplərinin qorunmasını nəzərə alaraq nominal meydan
sahibinin "Xəzər Lənkəran” klubu olaraq
qalmasını vacib sayır. Bundan başqa, "Neftçi” XIII turun oyununun keçirilməsi üçün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu təmənnasız olaraq "Xəzər Lənkəran” klubunun sərəncamına verməyə hazırdır".
Qeud edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçı noyabrın 24-də keçiriləcək.