İngiltərə
Futbol Federasiyasının keçmiş prezidenti Devid Bernstein DÇ-2018 və DÇ-2022 ilə
bağlı FİFA-da yaranan rüşvət qalmaqalından sonra UEFA-nın FİFA-nı boykot etməsi
gərəktiyini vurğulayıb. Sportnet.az-ın məlumatına görə, Bernstein bu haqda
İngiltərə mətbuatına bildirib.
David
Bernstein Rusiyada keçiriləcək DÇ-2018-ə qatılmamalı olduqlarını deyib: "UEFA-ya
bağlı 54 ölkə var. Almaniya, İngiltərə, Fransa, İspaniya, İtaliya və Hollandiya
kimi ölkələr olmadan dünya çempionatı keçirilə bilməz”.
FİFA-nı
keçmiş Sovet İmperatorluğuna bənzədən Bernstein futbolun belə bir qurum
tərəfindən yönəldilməsini pisləyib və Blatterə layiqli namizədin lazım olduğunu
bildirib: "Kimsə bu mövzuda nəsə etməsə Blatter iqtidarda qalacaq”.
DÇ-2022-nin Qətərdə təşkilinə də toxunan Bernstein bunu gülünc qərar adlandırıb: "Bu qərar idman tarixinin ən gülünc qərarıdı. Qətər dünya çempionatının keçiriləcəyi ən son yerlərdən biridi”.