Bakı şəhər Vergilər Departamenti Azərbaycan
Ənənəvi Karate-Do Federasiyasını (AƏKF) məhkəməyə verib. Federasiyadan vergi və dövlət məcburi sığortası qalığının
ödənilməsi tələb olunur.
İşə 1 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsində
baxılır. AƏKF-nin prezidenti Əhməd Hətəmov "Report"a açıqlamasında
məlumatı təsdiqləyib. O bildirib ki, Federasiya 2014-cü ilin III rübü üzrə
vergi bəyannaməsini vaxtında ödəməyib. Ə.Hətəmovun sözlərinə görə, buna
bəyannamə dövründə - oktyabrın ikinci yarısında ənənəvi karate-do üzrə
Azərbaycan milli komandası ilə birgə Rusiyanın paytaxtı Moskvada keçirilmiş
dünya çempionatında iştirakları səbəb olub. Heç bir gəlirə və işçiyə malik
olmadıqlarını deyən Ə.Hətəmov bildirib ki, xeyli vaxtdır sıfır rəqəmləri
doldurulmuş hesabat veriblər. Beynəlxalq yarışlar vaxtı onlara maddi dəstəyi
isə Gənclər və İdman Nazirliyi verib. Federasiya prezidentinin sözlərinə görə,
bəyannaməni vaxtında ödəyə bilməmələri səbəbindən 40 manat cərimələniblər:
"Yəqin ki, 40 manata görə məhkəməyə verilmişik" - deyə, Federasiya
prezidenti əlavə edib. (Report.az)
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |