
Azərbaycan Premyer Liqasının XII turunda sabah
"Qarabağ"la qarşılaşacaq "Bakı" bu gün məşq edib. Sportnet.az-ın
məlumatına görə, "Bakı" klubunun bugünkü məşqində qalmaqal baş verib.
Hazırlıq zamanı "zolaqlılar"ın iki futbolçusu - Nuran Qurbanov və
Jaba arasında gərginlik yaşanıb.
Buna futbolçuların bir-birilərinə ötürmə verməmələrinin səbəb olduğu bildirilir. Futbolçuları komanda yoldaşları ayırıb. Bu səbəbdən gərginlik əlbəyaxa dava həddinə çatmayıb. Jaba komanda yoldaşını təhqir edərək məşqi yarımçıq tərk edib və paltardəyişmə otağına yollanıb. (Qol.az)

