"Simurq” klubu
mövsümün sonunda müqaviləsi başa çatacaq olan Tural Axundovla yeni iki illik
müqavilə imzalayıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına
görə, 26 yaşlı futbolçu bununla bağı fikirlərini bölüşüb.
-İlk öncə təbrik edirik. Artıq
bir ildən artıqdır komandadasan. Bununla bağlı fikirlərini bilmək istərdik.
-Məşqçilər və klub rəhbərliyi sağ olsun
ki, məni bu komandaya dəvət etmişdi.Qeyd etdiyiniz kimi artıq bir ildən
çoxdur "Simurq”dayam. Bu qərarıma görədə heç bir vaxt peşman olmamışam. Öz
növbəmdə oyunumla bu qərarlarının düzgün olduğunu göstərmək üçün hər oyunda
özümü doğrultduğumu hesab edirəm. Bundan sonrada daha yaxşı olmaq üçün
çalışacağam.
-Bu müddəti özün üçün necə dəyərləndirərdin?
-Düzünü deyim keçən mövsüm elə də davamlı
olaraq yaxşı oyun nümayiş etdirə bilmədim. İlk vaxtlarda komandaya və
Zaqatalaya uyğunlaşmağa çalışdım. Daha sonra arada zədələrim oldu. Ancaq
sonrada məşqçinin və komandanın taktikasına uyğunlaşdım. Bu mövsüm şükürlər
olsun ki, oyunumdan razıyam.İnşallah, zədəsiz bir mövsüm olar mənim üçün. Komandamızın uğur qazanması üçün də üzərimə düşən işin
öhdəsindən layiqincə gələrəm.
-"Simurq”un hazırda
çempionatdakı vəziyyəti haqqında nə deyərdin?
-Geridə qalan on iki turda çox lazımsız xallar itirdik. "Bakı”və "Qəbələ” ilə
oyunlarında məğlub olmamalıydıq. "Xəzər Lənkəran”la səfərdə keçirdiyimiz
qarşılaşmada rəqibdən yaxşı oynasaqda, bəxtimiz gətirmədiki ordan xalla
qayıdaq. Bu görüşlərdəki nəticələrimiz mövsümün sonuna qədər bizə mane olacaq.
Əgər hər şey istədiyimiz kimi olsa idi, indi turnir cədvəlinin ilk üçlüyündə
bizdə var idik. Ancaq hələ şanslarımız var. Hazırda dördüncü pillədəyik.
İnşallah, qarşıdakı oyunlarda maksimum nəticə göstərib, sonda istəyimizə nail
olarıq. Heç bir çəkilən əziyyət qarşılıqsız qalmır. Hər şey öz əlimizdədir. Allahın
köməkliyilə sonda sevinən tərəflərdən biridə biz olacarıq.
-Növbəti
rəqib "Qəbələdir”. Bu oyunla bağlı düşüncələrin nədir?
-Hər bir komanda öz meydanında daha güclü oyun nümayiş etdirir. Biz
mövsümün əvvəlindən hər qarşılaşmaya yalnız üç xal qazanmaq üçün çıxırıq. "Neftçi”
qalibiyyətindən sonra komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bunun
davamını gətirmək istəyirik. Bilirik ki, bizi çətin oyun gözləyir. Ancaq bir
heç bir rəqibdən çəkinmirik. İnanıram ki, Qəbələdən üç xalla qayıdıb, turnir
cədvəlindəki iddiamızı bir daha nümayiş etdirəcəyik.
-"Simurq”un heyətində azarkeşlərin ən çox sevdiyi futbolçulardan
biri də sənsən. Bu barədə nə deyərdin?
-Azarkeşsiz futbolun marağı yoxdur. Onlar hazırda ölkədə bir nömrədir. Hər bir qələbəmizdə böyük pay sahibləridir. Yalnız oyunlarda deyil, məşqlərdə belə gəlib bizi dəstəkləyirlər. Buna görə onlara təşəkkür edirəm. Mən də onları çox sevirəm. Hər birinə hörmətlə yanaşıram. Bizlərçalışırıq "Simurq” gözəl nəticələr qazansın və meydanda sevinən tərəf bizim azarkeşlərmiz olsunlar.