 

Azərbaycan Premyer Liqasının XIII turunda sabah AZAL-la
qarşılaşacaq "Qarabağ" klubu ciddi itki ilə üzləşib.Komandanın aparıcı futbolçusu Reynaldo zədələnərək sıradan
çıxıb.
	
	
"Bakı"
ilə Premyer Liqa matçından sonra braziliyalı futbolçunun diz qapaqlarında
oynama olduğu bildirilir. İlkin ehtimallara görə Reynaldo 7-10 gün yaşıl
meydanlardan kənarda qalacaq.
	
	OnunAğdam təmsilçisininAvropa Liqasının qrup mərhələsinin V turunda
qarşılaşacağı "Sent-Etyen"lə görüşdə meydana çıxıb-çıxmayacağı məlum
deyil.
	
	Qeyd edək ki, "Sent-Etyen"- "Qarabağ" oyunu noyabrın
27-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. (Qol.az)








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































