
Topaz Premyer Liqasının XIII turunda səfərdə "Sumqayıt”la üz-üzə
gələn "Bakı" 1 xal qazandı. Sportnet.az-ın məlumatına görə, turnir cədvəlində qonşu pillələrdə
qərarlaşan komandaların oyununda qalib müəyyənləşməyib.
Qonaq komandanın baş məşqçisi İbrahim Uzunca matçan sonra fikirlərini bölüşüb: "Gərgin oyun oldu. Qolu erkən vurduq. Bundan sonra rəqib daha çox hücum etdi. Amma biz ikinci qolu vurmalı olduğumuz bir vaxtda rəqib hesabı bərabərləşdirdi. Səhvimizdən sonra qapımızda qol gördük. Bütün bunlara baxmayaraq, mən komandamın sərgilədiyi oyundan və qazanılan 1 xaldan razıyam”.
Qeyd edək ki, "Sumqayıt" - "Bakı" matçı bərabərliklə bitib - 1:1.