
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, İK Azərbaycan Premyer Liqasının XII
turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Topaz Premyer Liqasının XII turunun "İnter” – "Xəzər
Lənkəran” matçının 79-cu dəqiqəsində "Xəzər Lənkəran” klubunun azarkeşləri
tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə
olunur.
Oyun başa çatdıqdan sonra stadionun dəhlizində "Xəzər Lənkəran” klubunun direktoru Yunis Hüseynov və "İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze bir-birini təhqir etdiklərinə görə hər ikisi 5 oyun cəzalanır, hər iki klub 5000 manat cərimə olunur.