
Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/16 final
mərhələsinin cavab oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, turnidə Azərbaycanı "Lokomotiv” komandası təmsil edib.
Azərbaycan Super Liqasının lideri olan "Lokomotiv” Almaniyanın "Rote Raben” klubu ilə üz-üzə gəlib. İlk iki seti qələbə qazanan "Lokomotiv" 3-cü setdə uduzub. Lakin 4-cü seti də aktivinə yazan təmsilçimiz 1/8 finala vəsiqəni təmin edib.
CEV kuboku
1/16 final, cavab oyunu
18:00. "Lokomotiv” (Azərbaycan) – "Rote
Raben” (Almaniya) - 3:1 (25:22; 25:23; 22:25; 25:17)
Voleybol Mərkəzi.
Qeyd edək ki, "lokomotiv" ilk görüşündə səfərdə 0:3 (17:25; 24:26; 22:25) hesablı qələbə qazanıb.