Topaz Premyer Liqasının XIV turunda "Sumqayıt”ı qəbul edən
AZAL qələbə qazanıb.
Sportnet.az-ın məlumatına görə, komandanın baş məşqçisi Tərlan Əhmədov oyundan
sonra fikirlərini bölüşüb.
Əhmədov futbolçularına təşəkkür edib: ”Futbolçularıma
təşəkkür edirəm ki, belə bir ağır durumda işlərinin öhdəsindən gəldilər. "Qarabağ”la
oyundan sonra heyəti qurmaq çətin idi. Limit məsələsinə görə müəyyən dəyişikliklər
etməli idik. Düşünürəm ki, bugün ilk hissədə hər iki komandanın ifasında
mübarizəli oyun görmədik. Amma ikinci hissədə ssenari dəyişdi. 3-cü qolu
vurduqdan sonra komandanı bir qədər geri çəkdim. Əsas məqsəd rəqibi sürətli əks-hücumlarda
yaxalayıb 4-cü qolu vurmaq idi. Çoxdandır ki, evdə qələbə qazana
bilmirdik. Biz bu gün həmin uğursuz seriyaya son qoyduq. Qarşıda bizi
"Neftçala” ilə çətin kubok oyunu gözləyir. Həmin oyuna hazırlaşmalıyıq”.
Qeyd edək ki, AZAL - "Sumqayıt" qarşılaşması meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.