Azərbaycan kubokunun 1/8 final mərhələsində AZAL "Neftçala”nı məğlub edərək, növbəti mərhələyə adlayıb. Sportnet.az-ın məlumatına görə, qalib komandanın baş məşqçisi Tərlan Əhmədov matçdan sonra fikirlərini bölüşüb.
O, oyunun ağır keçdiyini bildirib: "Bakıdan gələndə bilirdik ki, çox ağır oyun olacaq. Meydançanın vəziyyəti və hava durumu oyunun gözəlliyinə təsir etdi. Sevindiyim məqam da var. Azərbaycan çempionatının birinci dəstəsində "Neftçala” kimi mübariz komandanın olmasına görə şadam. Rəqib 90 dəqiqə mübarizə apardı. "Neftçala”nın potensialı var. Rəqibin rəhbərliyini və baş məşqçi Kamal Quliyevi təbrik edirəm. Qələbə qazansaq belə, oyundan razı qalmadım. Görüləsi işlərimiz çoxdur”.
Qeyd edək ki, "Neftçala” – AZAL matçı rəqibin qələbəsi ilə başa çatıb – 1:2.