Bu gün AFFA-nın inzibati binasında İcariyyə Komitəsinin iclası
keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda Klublar Komitəsinin
əsasnaməsi də təsdiqlənib.
Əsasnamədə şağıdakı məsələlər öz əksini tapıb:
PREMYER LİQA KLUBLARI KOMİTƏSİ HAQQINDA
ƏSASNAMƏ
1. ÜMUMİ MÜDDƏALAR
1.1Bu Əsasnamə Azərbaycan Premyer Liqa Klubları Komitəsinin (bundan sonra Klublar Komitəsi) fəaliyyətini tənzimləyir.
1.2Klublar Komitəsi öz fəaliyyətini AFFA-nın İcraiyyə Komitəsitərəfindən təsdiqlənmiş Əsasnamə əsasında həyata keçirir.
1.3Klublar Komitəsi öz işində bu Əsasnaməni, FİFA, UEFA və AFFA-nın normativ sənədlərini və Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutur.
1.4Əsasnamənin etibarlılıq müddəti
məhdudiyyətsizdir. Dəyişikliklər və əlavələrAFFA İcraiyyə
Komitəsitərəfindən təsdiq olunur.
2. ƏSAS VƏZİFƏLƏR
Klublar Komitəsinin əsas vəzifələri aşağıdakılardır:
2.1.Premyer Liqa Komandaları arasında peşəkar münasibətlərinartırılması.
2.2.Premyer Liqa Komandalarının problemlərinin müzakirəsi.
2.3.Premyer Liqa Komandalarınınhüquqlarının müdafiə olunması.
2.4.Futbolçular və Klublar arasında münasibətlərin müzakirə olunması.
2.5.Futbolçular, məşqçilər və digər futbol oyunu iştirakçıları tərəfindən futbol oyun qaydaları vəintizam qaydalarına riayət olunması.
2.6.Yığma komandaların çıxışlarına münasibət bildirilməsi.
2.7.Liqalarla
bağlı müzakirələrin aparılması .
4.
KLUBLAR KOMİTƏSİNİN STRUKTURU
4.1.Klublar Komitəsinin üzvləri hər bir Premyer liqa komandası tərəfindən 1 üzv olmaqla təyin olunur. Klublar, Komitədə Prezident, vitse-prezident və ya icraçı direktor şəxsində təmsil oluna bilər. Sadalanan şəxslər olmadıqda onu klubun digər vəzifəli şəxsi təmsil edə bilər. Bu əvəzetmə müvəqqəti hal daşıyır.
4.2.Klublar Komitəsinin fəaliyyətinə rəhbərliyi üzvlərin öz aralarından seçdiyi Sədr həyata keçirir. Sədr mövcud üzvlərin sırasından 6 ay müddətinə seçilir.
4.3.Klublar Komitəsinin iclası ən azı
ayda 1 dəfə keçirilir. İclas komitənin katibi
tərəfindənprotokollaşdırılır.
5. KLUBLAR KOMİTƏSİNİN HÜQUQ VƏ
MƏSULİYYƏTİ
5.1Klublar Komitəsinin bütün qərarları tövsiyə xarakterlidir.
5.2Klublar Komitəsi aşağıdakı hüquqlara malikdir:
-hər bir komitə üzvünün Azərbaycan Premyer Liqası ilə bağlı istənilən məsələnin müzakirəsini tələb etmək hüququ var;
-İcraiyyə Komitəsinin müzakirəsinə Azərbaycan Premyer Liqası ilə bağlı əhəmiyyətli məsələləri çıxarmaq və onları müzakirə etmək.
Klublar Komitəsi aşağıdakılara görə məsuliyyət daşıyır:
-qəbul olunan qərarlarda bu Əsasnamənin, FİFA, UEFA və AFFA-nın normativ sənədlərinin tələblərinə riayət olunmasına görə;
-Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mövqeyinin müdafiə olunması və onun nüfuzuna xələl gətirilməməsinə görə;
-milli komandaların nüfuzunun möhkəmləndirilməsinə görə.