"Neftçi" ilə Topaz Premyer Liqasının XV tur matçında zədələnən "Qarabağ"ın futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib. Sportnet.az-ın məlumatına görə, Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov gənc müdafiəçinin ayağının şişdiyini açıqlayıb.
Lakin o, zədənin o qədər də ciddi olmadığını bildirib: "İnşallah, "İnter”lə oyuna qədər düzələcək”.
Qurbanov İtaliya təmsilçisi ilə dekabrın 11-də keçirəcəkləri növbəti oyuna futbolçularını hazırlamağa çalışacağını da əlavə edib.