Topaz Premyer Liqasında 2014/15 mövsümünün 150-ci qolu vurulub. Sportnet.az-ın məlumatına görə, "İnter” və AZAL
arasındakı paytaxt derbisində vurulan yeganə qol yubiley xarakteri daşıyıb.
Qonaqların qapısına yol tapan Junior Nildo günün sonuncu qolunun müəllifi kimi
mövsümdə 150-ci qolu vurub.Bu turadək 54
matçda 143 top vurulmuşdu. 7 qol vurulan turun son topu 150-ci oldu. 58 matçdan
sonra orta məhsuldarlıq 2,63-ə çatıb.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 9-da "Xəzər Lənkəran”ın üzvü Rauf Əliyev AZAL-la qarşılaşmada vurmuşdu.